Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 01:59

14 dərəcə isti gözlənir


Günəş

Fevralın 7-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, şimal-qərb küləyinin əsəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı gözlənir. Gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG