Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:43

32 rusiyalı atlet İdman üzrə Arbitrasiya Məhkəməsinə (CAS) apellasiya şikayəti verib, idmançılar Qış Olimpiya oyunlarına buraxılmaq istəyirlər. Şikayət verənlər içində sürətli konkisürmə üzrə altı dəfə qızıl medal almış Viktor Ahn da var.

CAS fevralın 6-da bildirir ki, müraciətlərə fevralın 7-də baxılacaq.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu atletlərin Pxençandakı olimpiya oyunlarına buraxılmamasına qərar verib. Səbəb 2014-cü il Soçi olimpiadasında Rusiyanın idmançıların dopinq qəbuluna dövlət səviyyəsində himayəçilik etməsidir.

BOK Rusiyadan 169 idmançını tədbirə dəvət edib. Onlar Rusiyadan Olimpiya Atletləri adıyla, neytral bayraq altında yarışacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG