Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 15:49

Rusiyayla ABŞ Suriyaya görə “toqquşdular”


Şərqi Qutada yanvardakı qaz hücumunda zədələnən körpə

Rusiyayla Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasında mübahisə ediblər. Səbəb Suriya hökumətinin üsyançıların əlində olan ərazilərdə yenidən kimyəvi silahdan istifadə etməsi iddialarıdır.

ABŞ-ın səfiri Nikki Haley fevralın 5-də Rusiyanı ittiham edib, deyib ki, prezident Bashar al-Assad ordusunun üsyançıların nəzarətində olan Şərqi Qutada ötən həftəsonu kimyəvi silahlardan mümkün istifadəsinin araşdırılmasını önləyir. Səfir “onlarla qurbanın açıq-aşkar dəlil ortaya qoyduğunu” vurğulayıb.

Rusiya Suriyada uşaqların xlor qazıyla boğulmasını pisləyən bəyanatın qəbulunu belə yubandırıb”, – Haley deyib.

2015-ci ilin sentyabrından al-Assad rejimini dəstəkləyən Rusiyaysa bu iddiaları “böhtan” adlandırıb.

Məqsəd bizə tamamilə aydındır, məqsəd Suriya hökumətini kimyəvi silahdan istifadədə suçlamaqdır, baxmayaraq ki, silahdan kimin istifadə etməsi müəyyənləşdirilməyib”, – Rusiyanın səfiri Vassily Nebenzia deyib.

ABŞ Dövlət Departamenti verdiyi bəyanatda isə Birləşmiş Ştatların Suriya qüvvələrinin “günahsız vətəndaşları terrorizə etməkdən ötrü” xlor qazından istifadəsinə dair davamlı iddialardan “bərk narahat olduğunu” bildirib.

Son 30 gündə 6 belə hücumun törədildiyi bildirilir.

Suriya hökuməti kimyəvi silahdan istifadə etmədiyini bildirir. BMT-nin araşdırma missiyası 2015-ci ildə xardal qazı hücumuna görə İslam Dövləti silahlı qruplaşmasının məsuliyyət daşıdığını üzə çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG