Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

Demokratlar da memo yayacaqlar


Adam Schiff

ABŞ Nümayəndələr Palatasının kəşfiyyat komitəsi demokrat üzvlərinin hazırladığı memonun yayılmasına yekdilliklə səs verib. Bu memo respublikaçıların oxşar sənədinə cavab olaraq hazırlanıb. Respublikaçıların memosunda Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Departamenti Ağ evə qarşı qərəzdə ittiham olunurdu.

Demokrat konqresmen Adam Schiff fevralın 5-də jurnalistlərə deyib ki, sənəd Ağ evə göndəriləcək və prezident Donald Trump administrasiyasının onun yayılmasını önləməsi “çox çətin” olacaq.

Prezident beş gün ərzində məxfi sənədin yayılmasıyla bağlı qərarını verməlidir.

Trump iddia edib ki, respublikaçıların memosu onu Rusiya istintaqında tamamilə təmizə çıxarıb. Həmin sənədə görə, FTB prezident seçki kampaniyasının Rusiyayla mümkün əlaqələrini araşdırarkən dinləmə səlahiyyətindən sui-istifadə edib. Amma həmin memodakı bəzi açıqlamalar Trump və müttəfiqlərinin Rusiya istintaqına zərbə vurmaq cəhdlərini də çətinləşdirir.

Hazırda Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Mueller Kremlin 2016-cı il seçkisinə mümkün müdaxiləsini araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG