Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:54

ABŞ prezidenti Donald Trump-ın hüquq komandası ona məsləhət görüb ki, xüsusi müşavir Robert Mueller-lə müsahibəyə getməsin. Bunu “The New York Times” qəzeti yazıb.

Qəzet fevralın 6-da dörd mənbəyə istinadla yazıb ki, Trump-ın vəkilləri prezidentin daha öncə saxta və ziddiyyətli bəyanatlar verdiyini nəzərə alanda, onun müsahibə zamanı özünə qarşı yalan ifadə verə biləcəyindən narahatdırlar.

Trump dekabrda deyirdi ki, Mueller-lə danışmağı “səbirsizliklə gözləyir”. Mueller 2016-cı ildə prezidentin seçki kampaniyasıyla Rusiya arasında mümkün əlaqələri, eləcə də istintaqın mümkün əngəllənməsini araşdırır.

Amma əgər Trump Mueller-ə müsahibə verməkdən imtina edərsə, xüsusi müşavir prezidentin böyük jüri qarşısında ifadə verməsindən ötrü çağırış göndərməyi nəzərdən keçirə bilər. Qəzet yazır ki, belə bir addım da Ağ ev hüquqşünaslarıyla uzun bir hüquqi dava başlatmış olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG