Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:21

Nazirlikdən xəbərdarlıq- güclü külək əsəcək


Bakı

Fevralın 6-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, axşama doğru mülayimləşəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Fevralın 6-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı vurğulanır. Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 5-i axşamdan 6-sı gündüzədək Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG