Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:25

AB, Gürcüstan rəsmiləri Brüsseldə görüşür


Giorgi Kvirikashvili

Fevralın 5-də Avropa Birliyi və Gürcüstan rəsmiləri Brüsseldə görüşərək ikitərəfli münasibətləri müzakirə edəcəklər. Onların həmçinin assosiasiya sazişinin icrasıyla bağlı görülən işləri dəyərləndirəcəyi gözlənir.

Blokla Gürcüstan arasındakı assosiasiya şurasının 4-cü iclasına AB-nin xarici siyasət rəhbəri Federica Mogherini sədrlik edəcək. Gürcüstanın nümayəndə heyətinə baş nazir Giorgi Kvirikashvili başçılıq edəcək.

İclasdan sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Moskvanın dirənişinə baxmayaraq, Gürcüstan AB ilə əlaqələri daha da sıxlaşdırmağa çalışır. Rusiya öz periferiyasında Qərbin nüfuzunun güclənməsinə qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG