Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:20

Erdogan Papa Francis ilə görüşüb


Papa Francis (sağda) və Recep Tayyip Erdogan

Fevralın 5-də Türkiyə prezidenti Recep Tayyip Erdogan Vatikanda Papa Francis ilə görüşüb. Bu arada Romada minlərlə əlavə polis qüvvəsi təhlükəsizliyi təmin edib.

Tərəflərin Qüds məsələsini, ABŞ prezidenti Donald Trump-ın bu şəhəri İsrailin paytaxtı kimi tanımasının təsirlərini müzakirə etdiyi bildirilir.

Vatikan Fələstin-İsrail münaqişəsində iki dövlət variantını dəstəkləyir.

***

Türkiyə prezidenti Recep Tayyip Erdogan fevralın 5-də Papa Francis-lə görüşəcək. Son 59 ildə ilk dəfədir Türkiyə lideri Vatikana səfər edir.

Erdogan-ın idarəsinin bəyanatında deyilir ki, tərəflər Qüdsün statusunu, Türkiyə-Vatikan münasibətlərini, Suriyanı, qaçqın böhranını, terrorçuluğu, ksenofobiyanı və islamafobiyanı müzakirə edəcəklər.

İtaliya hakimiyyəti Erdogan-ın səfəri zamanı Romanın mərkəzində etirazlara qadağa qoyub. Səfərə görə şəhərə 3 min 500 polis çıxarılıb.

Francis ilə Erdogan sonuncu dəfə 2014-cü ildə papanın Türkiyəyə səfəri zamanı görüşüblər. Onlar dekabrın sonunda telefonla danışmışdılar.

Vatikanla Türkiyənin münasibətləri 2016-cı ilin iyunundan gərginləşib. Belə ki, Francis 1-ci dünya müharibəsi zamanı ermənilərin Osmanlı əsgərləri tərəfindən öldürülməsini “genosid” adlandırıb.

Ankara həmin qətllərin “soyqırımı” adlandırılmasına qarşı çıxır və papanı “yalan və böhtan” yaymaqda suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG