Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:46

Həmkarların sədrlik postu da 7 illik oldu [yenilənib]


Səttar Mehbalıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı fasilədən sonra davam edib.

APA-nın məlumatına görə, AHİK-in V qurultayının nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya həmkarlar ittifaqlarına müraciəti səsləndirilib.

Qurultayda bu il keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin yenidən namizədliyi irəli sürülüb. Qurultay nümayəndələri adından prezident İ.Əliyevə müraciət qəbul olunub.

Həmkarların qurultayında prezident seçkisi söhbəti

Bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayında çıxışında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

«Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərinin İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq», - deyə o qeyd edib.

Həmkarlar İttifaqları Konfederasiyasının qurultayıdır

Bu gün, fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, qurultayda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iştirak edir. Habelə, tədbirə sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndənin, dövlət, hökumət rəsmilərinin və 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı təmsilçisinin qatıldığı bildirilir.

Qurultayı AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açıb.

Həmkarların sədrlik postu 7 illik oldu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu gün, fevralın 5-də keçirilmiş 5-ci qurultayında quruma sədr seçilib.

“Turan” agentliyinin xəbərinə görə, bu postu növbəti 7 ildə hazırkı sədr, deputat Səttar Mehbalıyev tutacaq.

Onun namizədliyi AHİK-nin 2013-2018-ci illərdəki fəaliyyəti ilə bağlı çıxışlar zamanı irəli sürülüb.

Səttar Mehbalıyev açıq səsvermə yolu ilə yenidən konfederasiyasının sədri seçilib.

Qurultay iştirakçıları həmçinin, AHİK sədrinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması məsələsini də müzakirə ediblər. Təklifin səsə qoyularaq təsdiqləndiyi bildirilir.

S. Mehbalıyev 1955-ci ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq kəndində doğulub.

Onun ötən əsrin 90-cı illərindən bu postu tutduğu bildirilir.

Azərbaycanda Həmkarlar İttifaqları Konfederasiyasına birmənalı münasibət yoxdur. Bəzi ekspertlər hesab edir ki, bu qurum əməkçilərdən çox hökumətin maraqlarını müdafiə edir. Onların deməsinə görə, müəssisə və təşkilatlarda isə işçilərin hüquqlarını qoruyan müstəqil qurumların yaradılmasına imkan verilmir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tənqidləri haqlı saymır. Hökumət təmsilçiləri isə həmkarların işinə qarışmadıqlarını bildirirlər.

2016-ci ildə keçirilən referendumla Konstitusiyaya da dəyişiklik edilib. Azərbaycanda prezidentlik müddəti 5 ildən 7 ilə artırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG