Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 02:37

Trump “Rusiya istintaqı”nda təmizə çıxdımı


Donald Trump
Donald Trump

Demokrat konqresmenlər, eləcə də bir sıra respublikaçılar ABŞ prezidenti Donald Trump-ın Rusiya istintaqıyla bağlı dediyini mübahisələndirir. Trump deyib ki, respublikaçıların Federal Təhqiqat Bürosunun (FTB, ingiliscə qısa adı – FBI) izləmə səlahiyyəti barədə hazırladığı məxfi memo onu bu istintaqda təmizə çıxarıb.

Fevralın 4-də bir sıra konqresmenlər televiziya müsahibələrində ümidvar olduqlarını bildiriblər ki, xüsusi müşavir Robert Mueller-in istintaqı heç bir müdaxiləsiz davam edəcək. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə iddia olunan müdaxiləsini, Trump-ın seçki kampaniyasına hər hansı bağlılığını araşdırır.

“MƏQSƏD FTB-YƏ ZƏRBƏ VURMAQDIR”

Memonun məqsədi FTB-yə zərbə vurmaq, onu, Mueller-in istintaqını gözdən salmaqdır”, – Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin aparıcı üzvü Adam Schiff deyib.

Respublikaçıların hazırladığı memoda iddia olunur ki, FTB Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əlaqələrini araşdırarkən izləmə səlahiyyətindən sui-istifadə edib. Trump da bu memonun onu tamamilə təmizə çıxardığını iddia edib.

*** Buna da bax: Respublikaçılar Trump-ın razılığı ilə FTB-ni qərəzdə ittiham edən memonu açıqladılar

Trump fevralın 3-də Twitter-də yazıb ki, onun administrasiyası FTB-nin istintaqını əngəlləməkdən ötrü heç bir addım atmayb.

Fevralın 2-də açıqlanmış memorandum iddia edir ki, FTB və Ədliyyə Nazirliyi Trump seçki kampaniyasının Rusiya ilə uzunmüddətli əlaqələri olan üzvü Carter Page-in izlənməsi üçün icazədən qanunsuz şəkildə yararlanıblar.

Sənəddə deyilir ki, buradakı faktlar “FTB və Ədliyyə Nazirliyinin hərəkətlərinin legitimliyi və qanuniliyi barədə narahatlıqlar yaradır”.

Ağ Evin bu memo ilə bağlı bəyanatında deyilir ki, “Ədliyyə Nazirliyi və FTB-nin ən yüksək səviyyədə qəbul etdiyi qərarların düzgünlüyü” ciddi suallar doğurub.

Kəşfiyyat Komitəsinin dörd respublikaçı üzvü – Brad Wenstrup, Chris Stewart, Will Hurd və Trey Gowdy fevralın 4-də yaxalarını kənara çəkərək vurğulayıblar ki, bu memonun Mueller-in istintaqına heç bir təsiri ola bilməz.

Demokratlar fevralın 5-də kəşfiyyat komitəsinin iclasında özlərinin təkzib memolarının açıqlanması məsələsini səsə qoyacaqlarını bildiriblər.

XS
SM
MD
LG