Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:12

“İslam dövləti” qrupunun “informasiya naziri” olduğu deyilən şəxs Ankarada yaxalandı


Foto aerxiv

“İslam dövləti” qrupunun “informasiya naziri” olmaqda şübhəli bilinən Ömer Yetek Ankarada həbs edilib.

Bu barədə fevralın 4-də Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

O, həmçinin Türkiyə ərazisində törədilmiş bir neçə terror aktı ilə bağlılıqda şübhəli bilinir.

Dekabrın sonunda Türkiyədə “İslam dövləti” qrupu ilə əlbir olmaqda şübhəli bilinən azı 55 nəfər həbs edilib.

Təkcə İstanbulda 12 ünvanda keçirilən reydlər zamanı 45 adam saxlanıb.

“Anadolu” agentliyinin məlumatına görə, onlar şəhərdə hücumlara hazırlaşırmışlar.

10 nəfərsə İzmirdə saxlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG