Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:19

İspaniya rusiyalı haker Pyotr Levashov-u ABŞ-a ekstradasiya edib.

Bu barədə yanvarın 3-da Azadlıq Radiosu məlumat yayıb.

ABŞ onu kiberdələduzluqda ittiham edir.

İşlə bağlı ilk məhkəmə ABŞ-ın Konnektikut ştatında keçirilib.

Amma proqramçı ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

37 yaşlı Levashov ötən ilin aprelində Barselonada həbs olunub.

O, zərərli proqramlar yaymaq və istifadəçilərin şəxsi məlumatlarını toplamaqla məşğul olan "Kelihos" şəbəkəsinin rəhbəri imiş.

Əgər günahı sübuta yetirilsə ona ABŞ-da 50 ildən də çox həbs cəzası kəsilə bilər.

Ötən ilin avqustunda onu Rusiyada da, Sankt-Peterburqdakı tibb müəssisəinin saytını bloklamaqda təqsirli bilərək əyani mühakimə ediblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG