Fevralın 5-də Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatlar Fransanın Strasburq şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, heyətə deputatlar Azər Kərimli, Elman Nəsirov, habelə komitəyə yeni seçilən üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə daxildir.
Onlar Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.
Səfər fevralın 9-da başa çatacaq.