Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:39

30-dan çox keçmiş tacik yaraqlı Suriyaya, İraqa qayıdıb


Tacikistan Daxili İşlər Nazirliyinin yaraqlılara qarşı əməliyyatı, arxiv fotosu

Vətənə qayıtdıqdan sonra əfv olunmuş 30-dan çox keçmiş tacik yaraqlı İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına qoşulmaqdan ötrü İraqa, Suriyaya gedib. AzadlıqRadiosu-nun tacik xidmətinin məlumatına görə, bunu polis bildirib.

Ölkənin şimalındakı Suğd vilayətinin regional polis rəhbəri Qudratullo Nazarzoda fevralın 2-də jurnalistlərə deyib ki, bu regiondan 34 keçmiş döyüşçü İraqa və Suriyaya qayıdıb.

72 nəfərə Suğda qayıtmağa kömək etmişdik. Onlardan 34-ü yenidən həmin ölkələrə qayıdıb. Digərləri normal, sivil həyatı bərpa ediblər”, – Nazarzoda deyib.

Nazarzoda-nın sözlərinə görə, hakimiyyət İraqla Suriyanı könüllü tərk etmiş yaraqlılardan yalnız birini əfv etməyib. Qayıdandan sonra İŞİD üçün döyüşçülər toplamağa çalışmış keçmiş yaraqlıya cinayət işi açılıb.

Tacikistan 2015-ci ildə cinayət qanunvericiliyinə dəyişiklik edib, hakimiyyətə könüllü evinə dönən tacik yaraqlıları əfv etmək imkanı yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG