Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:25

Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin rəsmi açılışı olacaq. Mərasimə iqtisadiyyat naziri Şahin Mustafayev də qatılacaq.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-dən 7-nə kimi Çin Xalq Respublikasına səfər edəcək.

Səfər çərçivəsində nazir Çinin nəqliyyat naziri, kommersiya nazirinin müavini, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri ilə görüşəcək.

Nazir Çində keçiriləcək beynəlxalq konfransa qatılacaq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə müzakirələrdə iştirak edəcək.

Səfər proqramına Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı, biznes forumlarının təşkili də daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG