Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:19

Rusiya Stalinqrad qələbəsinin ildönümünü qeyd edir


Arxiv fotosu

Fevralın 2-də Rusiya prezidenti Vladimir Putin keçmişdə Stalinqrad kimi tanınan şəhərdə 2-cü Dünya Müharibəsinin qanlı savaşlarının 75-ci ildönümü tədbirlərinə qatılacaq.

İndiki adı Volqoqrad olan şəhərdə 75 tankın iştirakıyla parad keçiriləcək – yəni qələbədən üzübəri hər il bir tankla təmsil olunacaq.

Parada 1500 hərbçinin, 50 təyyarənin qatılacağı qeyd olunur.

Vaxtilə Tsaritsyn kimi tanınan şəhərə 1925-ci ildə sovet rejiminin o vaxtkı lideri Josef Stalin-in şərəfinə Stalinqrad adı verilib.

1942-43-cü illərdə beş ay çəkən Stalinqrad döyüşü nasistlərə qarşı sovet dirənişinin simvoluna çevrilib və müharibədə dönüş nöqtəsi yaradıb.

Qanlı Stalinqrad döyüşlərində bir milyondan çox adamın həlak olduğu bildirilir.

Volqa çayı üzərində yerləşən şəhərin adı 1960-cı illətdə, Stalin-in ölümündən sonra dəyişdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG