Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:28

Azərbaycan vətəndaşlığı daha asan əldə ediləcək


Əli Hüseynli

2006-cı il yanvarın 1-nə qədər Azərbaycana gələn və burada daimi yaşayanlar daha asanlıqla ölkə vətəndaşlığı əldə edə biləcəklər.

Milli Məclisin fevralın 1-də keçirilmiş plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna bununla bağlı təklif olunan dəyişikliklər uyğun hesab edilib.

Parlamentin mətbuat xidməti xəbər verir ki, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik barədə məlumat verib.

Onun bildirdiyinə görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə yeni müddəa əlavə ediləcək.

Buna da bax: Siyasi partiyalar haqda qanun sərtləşdirilə bilər

Təklif olunmuş bənddə bildirilir ki, qeyd edilən vaxta qədər Azərbaycana gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin göstəricilərini məhkəmə təsdiq etməlidir. Amma bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Komitə sədri deyib ki, dəyişiklik 2006-cı il yanvarın 1-nə qədər gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərə Azərbaycan vətəndaşlığına qəbul olunmaq imkanı yaratmaq məqsədi daşıyır.

Deputatlar sənədi qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG