Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 06:12

39 rusiyalı idmançıya olimpiya qadağası götürülüb


Ar

Dünyanın ali idman məhkəməsi 39 rusiyalı atletə dopinq ittihamıyla qoyulmuş olimpiya qadağasını qaldırıb.

İdman üzrə Arbitrasiya Məhkəməsinin fevralın 1–də çıxardığı qərara görə, 28 atletin 2014-cü ildə Soçidə Qış Olimpiya oyunları zamanı antidopinq qaydalarını pozmasına dair dəlil “yetərsiz”dir.

11 ATLETİN ÖMÜRLÜK QADAĞASI QALDIRILIB

“Bu 28 atletin apelyasiya şikayəti təmin olunur, sanksiyalar ləğv edilir və onların 2014-cü ildə Soçidə əldə etdiyi fərdi nəticələr bərpa olunur”, – qərarda deyilir.

Qadağası tamamilə qaldırılmış 28 atlet fevralın 9-da Cənubi Koreyanın Pxençan çəhərində başlanacaq Qış Olimpiya oyunlarında iştirak üçün, gec də olsa, müraciət edə bilər.

Məhkəmə onu da bildirib ki, 11 atlet dopinqlə bağlı təqsirli bilinib, ancaq onlara ömürlük qadağa qaldırılıb, yalnız bu ay başlanan Olimpiya oyunlarına buraxılmayacaqlar.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dopinqə görə 43 rusiyalıya ömürlük qadağa qoymuşdu.

*** Buna da bax: Rusiya bildirir ki, 169 idmançısı Olimpiadaya buraxılacaq

BOK-un qərarından şikayət vermiş daha 3 rusiyalının işinə daha sona baxılacaq.

Qadağa qoyulmuş yalnız bir atlet şikayət verməyib.

Məhkəməyə üz tutmuş idmançılar Soçi olimpiadasında dövlətin sponsorluğuyla dopinq proqramında iştirak etmədiklərini deyirlər. Onların hamısı dopinq iddiaları ilə əlaqədar diskvalifikasiya olunmuşdu.

Rusiya rəsmiləri, sübutlara baxmayaraq, dopinqdə dövlətin iştirakını danır.

Günün bütün mövzuları

XS
SM
MD
LG