Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:44

Krımın Rusiya ərazisi kimi göstərildiyi xəritələr yığışdırıldı


Ukraynanın relyef xəritəsi

Çexiyanın təhsil nazirliyi Ukraynanın şikayətindən sonra Krımın Rusiya ərazisi kimi göstərildiyi məktəb xəritələrini satışdan yığışdırıb. Bu haqda nazirlik məlumat yayıb.

Bu məsələni ötən noyabrda Ukraynanın Çexiyadakı səfiri Yevgeny Perebiynis qaldırmışdı. O, xəritəni buraxmış şirkətə müraciət etmişdi. Cavab məktubunda şirkət Ukrayna səfirliyindən üzr istəyib və qeyri-korrekt xəritənin satışdan yığışdırıldığını bildirib. Bu haqda diplomat Facebook-da yazıb.

Bu yaxınlarda ikinci müddətə seçilmiş Çexiya prezidenti Milos Zeman Rusiyaya Krımın ilhaqına görə qoyulmuş sanksiyaların ləğvinə çağırıb. Zeman anneksiyanı “tamamlanmış fakt” adlandırıb və Krıma təklif edib ki, yarımada üçün kompensasiya ilə bağlı Moskvayla razılaşsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG