Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:18

Respublikaçıların olduğu qatar yük maşınıyla toqquşub


Hadisə yeri

ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryan və onlarla respublikaçı konqresmenin olduğu Qatar Virciniya ştatında zibil daşıyan yük maşınıyla toqquşub, maşında bir nəfər ölüb, altı nəfər yaralanıb.

Ağ ev yanvarın 31-də bildirib ki, Konqresin heç bir üzvü ciddi xəsarət almayıb. Qatar Vaşinqtondan Qərbi Virciniyaya respublikaçıların tədbirinə gedirmiş.

Yük maşınında bir nəfər həlak olub, azı iki nəfər ciddi xəsarət alıb.

Respublikaçıların illik seminarında prezident Donald Trump və vitse prezident Mike Pence-nin çıxış edəcəyi gözlənir. Rəsmilər tədbirin keçiriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG