Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 04:02

Putin Dacic-ə “Dostluq Ordeni” verib


Ivica Dacic (solda) və Vladimir Putin Kremldə, 19 dekabr, 2017-ci il

Rusiya prezidenti Vladimir Putin Serbiyanın xarici işlər naziri Ivica Dacic-i “dostluq Ordeni”ylə təltif edib. Putin hər il bu ordeni bir neçə əcnəbiyə verir.

Dacic ordenə “ölkələr arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsindəki uğurlar”a görə layiq görülüb. Rusiya hökumətinin vebsaytında dərc olunmuş fərmanda belə deyilir.

Keçmiş baş nazir olan Dacic Serbiyada ən rusiyapərəst siyasətçilərdən sayılır.

Bu Balkan ölkəsi Avropa Birliyinə üzv olmaq istəyir, ancaq eyni zamanda Moskvayla isti əlaqələri saxlayır. Moskva Belqradı Qərblə bir sıra mübahisələrdə dəstəkləyib.

Bir neçə həftə öncə Dacic prezident Aleksandar Vucic-lə birlikdə Moskvaya səfər edərək Putin-lə, Rusiya xarici işlər naziri Sergei Lavrov-la görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG