Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

E.Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb


E.Məmmədyarov

Türkmənistanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu gün, yanvarın 31-də bu ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. XİN-in məlumatına görə, görüşdə onlar iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində əzmli olduqlarını bildiriblər.

Nazir yeni fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb. O, əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilməsinin regional əməkdaşlığa xidmət etdiyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir çox məsələlərin müzakirə olunduğu bildirilir.

Xatırlatma

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün, yanvarın 31-də Türkmənistana rəsmi səfər edib.

E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə SOCAR, «Azərbaycan Dəmir Yolları» QSC, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin yüksəksəviyyəli təmsilçiləri daxildir.

Səfər çərçivəsində E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla da görüşü nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG