Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 03:41

Ukraynanın şərqində daha bir əsgər öldürülüb


Donetsk, arxiv fotosu

Ukrayna bildirir ki, ölkənin şərqində toqquşmalarda bir əsgər öldürülüb.

Müdafiə Nazirliyinin yanvarın 31-də açıqladığı məlumata görə, Rusiyanın dəstəklədiyi separatçılar son 24 saat ərzində atəşkəsi üç dəfə pozub, bu zaman pulemyotlardan, qumbaraatanlardan, minaatanlardan istifadə olunub.

Separataçılarsa nəzarətlərində olan Dokuşayevsk şəhərinin hökumət qüvvələri tərəfindən atəşə tutulduğunu bildirirlər.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam ölüb.

Tərəflər arasında sonuncu atəşkəs razılaşması 2017-ci ilin sonunda əldə olunub, amma tərəflər bir-birini onu pozmaqda suçlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG