Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 20:43

“Rusiya istintaqı”yla bağlı respublikaçılar memorandum yayacaqlar


Donald Trump (ortada) Konqresdə çıxış zamanı

Prezident Donald Trump respublikaçı konqresmenə deyib ki, Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsinə dair məxfi kəşfiyyat məlumatının açıqlanmasına “100 faiz” tərəfdardır. Trump bunu yanvarın 30-da, Konqresdə illik müraciətindən sonra Nümayəndələr Palatasının respublikaçı üzvü Jeff Duncan-a deyib. Bir televiziya kamerası Duncan-ın Trump-ı “memonu yaymağa çağırmasını” qeydə alıb.

Əlbəttə, narahat olmayın, 100 faiz”, – Trump deyib.

Ağ ev Trump-ın çıxışından öncə deyirdi ki, hələ də sənədin hüquqi və milli təhlükəsizlik baxımından dəyərləndirilməsi aparılır.

Dörd səhifəlik memorandumu Palatanın kəşfiyyat komitəsinin respublikaçı üzvləri yazıblar. Onlar yanvarın 29-da memonun yayılmasına səs veriblər. Ədliyyə Departamentin buna qarşı çıxır.

Respublikaçılar bildirirlər ki, sənəd “Rusiya istintaqı” zamanı Federal Təhqiqat Bürosunun və Ədliyyə Departamentinin nəzarət səlahiyyətindən qeyri-adekvat istifadəsini göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG