Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:21

İlham Əliyev xizək sürdü


İ.Əliyev «Şahdağ»da. 30 yanvar 2018

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda «Şahdağ» qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

AZƏRTAC-ın xəbərinə görə, baş nazirin birinci müavini Yaqub Eyyubov prezident İ.Əliyevə «Şahdağ» qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib.

Sonra İ.Əliyev «Şahdağ» qış-yay turizm kompleksində xizək sürüb.

Xatırlatma

«Şahdağ» qış-yay turizm kompleksinin inşasına 2009-cu ildə başlanıb. Kompleks 2012-ci ildən istifadəyə verilib.

Kompleksin inşası zamanı yerli əhalinin dilindən bir sıra şikayətlər eşidilmişdi. Rayonun Kuzun kəndinin sakinləri kompleksin inşası zamanı onlardan alınan torpağa görə kompensasiyanın azlığından şikayətlənmişdilər. Bu mübahisələrlə bağlı bir neçə il məhkəmə çəkişməsi də davam etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG