Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 11:24

Tbilisidə metroda tavan çöküb, 11 nəfər xəsarət alıb


Varketili metrostansiyası

Tbilisidə metrostansiyanın tavanının hissələri çöküb, Daxili İşlər Nazirliyi 11 nəfərin xəsarət aldığını bildirir.

İnsident yanvarın 30-da Varketili metrostansiyasında baş verib.

Xəstəxanaya aparılanlar arasında bir polis əməkdaşının olduğu bildirilir.

Müvəqqəti bağlanmış stansiyaya polis və xilasedicilər göndərilib.

Tbilisi Şəhər Nəqliyyat Polisi insidentlə bağlı araşdırmaya başlayıb.

Tbilisinin meri Kakha Kaladze insidentdən sonra stansiyaya baş çəkib. O, jurnalistlərə deyib ki, metrostansiya ötən il təmir olunub.

Mer insidentə görə məsuliyyət daşıyanların mühakimə olunacağını sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG