Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:51

Prezident: 'Heyvandarlığın inkişafı üzrə proqram hazırlanmalıdır'


İlham Əliyev

«Bu il üçüncü Dövlət Proqramı başa çatır. Bu il görüləcək işlər haqqında tapşırıqlar verəcəyəm. Bütün bu tapşırıqlar ilin sonuna qədər yerinə yetirilməlidir».

Prezident İlham Əliyev bunu yanvarın 29-da «Azərbaycanda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda yekun çıxışında söyləyib.

«Bu il minimum 600 kəndin yolu tikilməlidir»

Dövlət başçısı deyib ki, 2018-ci ilin sonuna kimi ölkə üzrə qazlaşdırma 95 faizə çatdırılmalıdır. Ölkədə enerji sahəsində problem olmadığını deyən dövlət başçısı 400 meqavat gücü olan «Şimal-2» elektrik stansiyasının açılışının da bu il nəzərdə tutulduğunu söyləyib.

Yeni çəkilən yollar sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

İçməli su və kanalizasiya layihələri ilə bağlı işlərin davam etdiriləcəyini qeyd edən ölkə başçısı bu il ən azı Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində belə layihələrin tamamlanmasının nəzərdə tutulduğunu vurğulayıb:

«Bu il minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulub. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulur».

«Bu il 4 min köçkün ailəsinə yeni evlər veriləcək»

İ.Əliyev məcburi köçkünlərə yeni binaların, evlərin tikintisinin davam edəcəyini də bildirib:

Məcburi köçkünlər "rüşvətə son" tələbilə yolu bağladılar
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

«Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaq».

2017-ci ildə ölkədə 177 min iş yeri açıldığını deyən dövlət başçısı vurğulayıb ki, bu məsələ daimi prosesdir.

Dəmiryolu sahəsi ilə bağlı danışan dövlət başçısı bildirib ki, Ləki-Qəbələ, Xaçmaz-Şahdağ xəttinin çəkilişi nəzərdə tutulur.

Prezident ərzaq təhlükəsizliyi məsələlərinə də toxunub:

«Hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik».

Ölkə başçısı deyib ki, heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanmalı və qəbul edilməlidir.

Xatırlatma

Buna qədər Azərbaycanda regionların inkişafına dair iki dövlət proqramı həyata keçirilib. Bunlar 2004-2008 və 2009-2013-cü il dövlət proqramlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG