Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 13:02

Gey cütlük Rusiyadan qaçıb


Yevgeny Voitsekhovsky (solda) və Pavel Stotsko

Danimarkada nikah bağlamış iki rusiyalı kişi azadlıq və təhlükəsizliklərinə “real hədə”ni əsas gətirərək ölkədən qaçıblar. Bunu insan haqları fəalları deyirlər.

Pavel Stotsko və Yevgeny Voitsekhovsky-nin pasportlarını polis etibarsız sayaraq onlara qarşı “rəsmi sənədi bilərəkdən korlamaq” ittihamıyla inzibati iş başladıb. Rusiyanın LGBT-Şəbəkə insan haqları qrupu bu haqda yanvarın 29-da açıqlama yayıb.

Cütlüyün hansı ölkəyə getdiyi bəlli deyil.

LGBT-Şəbəkənin rəhbəri Igor Kochetkov deyib ki, polis Stotsko və Voitsekhovensky-yə homofobik şəxslərin mümkün hücumlarından qorunmayacaqlarını bildirib.

Stotsko və Voitsekhovsky yanvarın 4-də Kopenhagendə evləniblər. Onlar ötən həftə Moskvaya qayıdaraq nikahlarının qeydiyyata alınmasından ötrü pasportlarını polisə təqdim ediblər.

Rusiya eynicinsli nikahları tanımır və cinsi azlıqlar bu ölkədə daimi təqibə məruz qalırlar. Buna baxmayaraq polis onların pasportunu möhürləyib.

Amma Daxili İşlər Nazirliyinin sözçüsü yanvarın 28-də deyib ki, pasportları möhürləmiş məmur və onun müdiri işdən çıxarılıb və iş üzrə istintaq aparılır.

LGBT- Şəbəkənin məlumatına görə, polis yanvarın 28-də Stotsko və Voitsekhovsky-nin mənzilinə girişi bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG