Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:59

İrlandiyada abortla bağlı referendum keçiriləcək


Leo Varadkar

Mayın sonunda İrlandiyada aborta konstitusion qadağanın qaldırılmasıyla bağlı referendum keçiriləcək. Bunu ölkənin baş naziri Leo Varadkar deyir.

İrlandiya hökuməti yanvarın 29-da axşam toplaşaraq konstitusiyaya səkkizinci dəyişikliyə uyğun olaraq referendumun detallarını razılaşdırıblar.

Varadkar deyir ki, seçicilərdən dəyişikliyin saxlanmasını, yaxud onun ləğvini istədikləri soruşulacaq. İkinci halda parlamentə abortlarla bağlı qanunvericilik hazırlamaq tapşırığı veriləcək.

1983-cü ildə qəbul olunmuş dəyişikliyə görə, ana və doğulmamış körpənin yaşamaq hüququ eyni dərəcədə qorunur. Avropada aborta ən sərt qadağa əsasən katolik ölkəsi olan İrlandiyadadır. Aborta yalnız qadının həyatına təhlükə varsa, icazə verilir.

Sağ mərkəzçi Fine Gael partiyasının rəhbəri olan Varadkar aborta qadağanın yüngülləşdirilməsinə çalışacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG