Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:22

Prezident Avropa Komissiyası rəsmisini qəbul edib


Çindən Bakıya 36 vaqonluq yük qatarı yola düşüb
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Çindən Bakıya 36 vaqonluq yük qatarı yola düşüb

Azərbaycan prezidenti İlham Əliyev bu gün, yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda AZƏRTAC-ın məlumatında bildirilir.

Məlumata görə, görüşdə Azərbaycanda yeni dəniz limanının inşasından, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən danışılıb.

Üstəlik, nəqliyyat qovşağı sahəsində Azərbaycanın mühüm rolunun qeyd olunduğu bildirilir.

Qonağın Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyini dediyi açıqlanıb.

Nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin görüşün əsas müzakirə mövzusu olduğu bildirilir.

Bakı-Tbilisi-Qars dəmir yolu ötən ilin sonunda istifadəyə verilib. Hazırda Bakı ətrafındakı Ələt qəsəbəsində beynəlxalq dəniz limanı inşa edilir.

Bu il yanvarın 9-da Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışı olub. Limanın təməli 2010-cu ildə qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG