Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Trump AB-ni “ədalətsiz” ticarətə görə tənqid edir


Donald Trump Davos iqtisadi forumunda, 26 yanvar, 2018-ci il
Donald Trump Davos iqtisadi forumunda, 26 yanvar, 2018-ci il

ABŞ prezidenti Donald Trump deyir ki, Avropa Birliyi Birləşmiş Ştatlarla “çox ədalətsiz” ticarət edir, bu, “çox böyük bir şeyə çevrilə bilər”.

Britaniyanın ITV kanalı yanvarın 28-də Trump-dan yanvarın 25-də alınmış böyük müsahibəni yayımlayıb. Müsahibəni jurnalist Piers Morgan götürüb.

*** Buna da bax: Trump: 'Öncə Amerika' tənha Amerika demək deyil (Canlı)

“AVROPA BİRLİYİ ÇOX ƏDALƏTSİZ DAVRANIB”

Avropa Birliyi ticarətdə Birləşmiş Ştatlarla çox ədalətsiz davranıb”, – ABŞ prezidenti deyib.

Avropa Birliyi ilə xeyli problemlərimiz olub və bu, ticarət nöqteyi-nəzərindən çox böyük bir şeyə çevrilə bilər. Biz oraya məhsul göndərə bilmirik. Bu, çox, çox çətindir. Amma onlar məhsullarını bizə göndərə bilirlər – vergi yoxdur, çox az vergi qoyulub”, – Trump söyləyib.

Prezidentin fikrincə, Avropa Birliyi ticarətdə Birləşmiş Ştatlardan təkcə istifadə etməyib, “Avropa Birliyi Birləşmiş Ştatlara qarşı çox, çox ədalətsiz davranıb”.

Trump onu da vurğulayıb ki, o, Böyük Britaniyanın AB-dən çıxmasıyla bağı Brexit danışıqlarına Britaniya baş naziri Theresa May-in sərgilədiyindən “daha sərt” mövqe tutardı.

“Mən də danışıqları bu cür aparardım? Xeyr, danışıqları bu cür aparmazdım, fərqli mövqe tutardım”, – o söyləyib.

Britaniyanın AB-dən çıxması 2019-cu ilin martına planlaşdırılır və May hazırda olduqca mürəkkəb və siyasi baxımdan çətin danışıqlar aparır.

*** Buna da bax: Trump 1.8 milyon qanunsuz miqrantı leqallaşdırılmaq istəyir

“YAXŞI SƏNƏD OLSAYDI...”

Trump bu il Britaniyaya səfər edəcəyini də təsdiqləyib, deyib ki, bu ölkədə “xeyli qeyri-populyar” olduğuna inanır.

Daha öncə yayılmış məlumatlara görə, Trump ölkəsini Paris iqlim sazişinə qaytarmaq istəyər, əgər bu sənədə böyük dəyişikliklər olunarsa.

Yaxşı sənəd olsaydı… biz qayıdardıq”, – Trump ITV-yə müsahibəsində deyib.

Paris sazişi bizdən ötrü fəlakət olardı”, – o, iqlim dəyişikliyini məhdudlaşdırmağı hədəfləyən saziş barədə deyib.

Trump ötən ilin iyununda ABŞ iqtisadiyyatı üçün “pis saziş” olan Paris razılaşmasından ölkəni çıxardığını bəyan edib.

Hazırda Birləşmiş Ştatlar Barack Obama administrasiyası dövründə imzalanmış bu sənəddən kənar qalmış yeganə ölkədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG