Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 07:25

Papa Ukrayna məbədinə baş çəkib


Papa Francis məbəddə

Papa Francis Romadakı Ukrayna yunan-katolik məbədinə baş çəkib, sovet hakimiyyəti dövründə Ukraynada inancına görə həlak olmuş katoliklərin ruhunu yad edib.

Yanvarın 28-də Müqəddəs Sofiya məbədinə ziyarət zamanı papa dindarlara deyib ki, “müharibə və iqtisadi çətinliklər içində olan” ölkələri sarıdan narahatlıqlarını anlayır. O, Ukraynanın şərqindəki münaqişənin tezliklə sona çatmasından ötrü dua edib.

2014-cü ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında münaqişədə 10 min 300-dən çox adam ölüb.

Ona görə buraya gəlmişəm ki, sizə yaxın olduğumu söyləyim: ürəyimlə, duamla sizə yaxınam. Hər kəsin qəlbində ümidin ölməməsi üçün dua edirəm”, - papa deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG