Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

Kabildə hərbi akademiyaya hücum olub, 11 əsgər öldürülüb


Əfqanıstan, arxiv fotosu

Kabildə hərbi akademiya yaxınlığındakı mühafizə postuna azı dörd yaraqlı hücum edib, 11 əsgər öldürülüb, 16 nəfər yaralanıb. Yanvarın 29-da baş vermiş hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması Amaq xəbər agentliyi vasitəsiylə üzərinə götürüb.

Son bir neçə həftə Əfqanıstan paytaxtında Taliban qruplaşması bir neçə belə hücuma görə məsuliyyəti götürüb.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Dawlat Waziri deyib ki, intiharçı əvvəlcə Marshal Fahim Hərbi Akademiyasını mühafizə edən bölməyə hücum edib, sonradan yaraqlılar əsgərləri atışmaya cəlb edib, iki əsgər öldürülüb. Waziri Azad Əfqanıstan Radiosuna iki yaraqlının öldürüldüyünü, birinin tutulduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG