Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 23:48

Məhkəmə:"Puigdemont yenidən Katoloniya lideri ola birlər, amma ölkəyə gəlməlidir"


Carles Puigdemont,

Katoliniyanın keçmiş lideri Carles Puigdemont bu vəzifəyə yenidən təyin edilə bilər, amma bu onun şəxsi iştirakı ilə mümkündür.

Bunu İspaniyanın Konstitusiya məhkəməsi bəyan edib.

Puigdemontun tərəfdarları bundan əvvəl bildirmişdilər ki, o region kənardan idarə edə bilər.

Dekabrın 21-də keçirilən vaxtındanəvvəl parlament seçkisində regionun müstəqillik tərəfdarları qalib gəlib.

Tərəfdarları Puigdemontu yenə də regiona lider təyin etmək istəyirlər.

Amma hazırda onun Belçikada gizlənməsi məsələni əngəlləyir.

O, İspaniyaya qayıdacağı halda həbs oluna bilər.

Ölkə qanunvericiliyinə görə, Katoloniya liderliyi ilə bağlı səsvermədən əvvəl namizəd parlamentə gəlməli, öz proqramını təqdim etməli və depatlarda iştirak etməlidir.

Kataloniyada vaxtındanəvvəl parlament seçkisi, region ötən ilin oktyabrında keçirilən referendumdan sonra öz müstəqilliyini elan etdikdən sonra təyin edilib.

Madrid referendum və ondan sonra müstəqilliklə bağlı qəbul edilmiş qərarı qanunsuz elan elədi və regionda birbaşa idarəçilik təyin etdi.

Bundan sonra Puigdemont Belçikaya qaçdı.

İspaniya hakimiyyəti onu qiyam qaldırmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG