Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 12:17

Dövlət qulluğuna imtahan keçirilib


Foto arxiv

Yanvarın 27-si Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrə imtahan keçirib.

Bu haqda mərkəzin məlumatında bildirilir.

Məlumata görə, test imtahanları inzibati rəhbər vəzifələrdən ötrü keçirilib.

DİM bildirir ki, imtahana qeydiyyat yanvarın 10-dan 24-dək aparılıb.

Həmin müddətdə 56 namizəd qeydiyyatdan keçib.

İmtahanda qeydiyyatdan keçənlərdən 55 namizədin iştirak etdiyi bildirilir. Onlardan yalnız 20 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək.

Sertifikat 5 il qüvvədə olacaq.

Multimedia

XS
SM
MD
LG