Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:38

Nazarbayevin qardaşı nəvəsinin ton yarımlıq toy tortu


Qazaxıstandakı toylardan birində tortun 3 metr hündürlüyündə və ton yarım ağırlığında olması adamları o qədər də təəccübləndirməyib. Çünki ölkə məşhurlarının və ulduzlarının qonaq olduğu bu toyun gəlini prezident Nursultan Nazarbayevin qardaşı oğlu Qayratın qızı idi.

Məşhur Rusiya qənnadıçısı Renat Aqzamovun hazırladığı toy tortu əslində nağıllarda olan sarayın maketi idi. Sarayın, yəni tortun içində işıqlar yanır, həyətində isə adam və fayton fiqurları hərəkət edirdi.

Nəhəng tort Nazarbayevin sevimli qardaşoğlusunun toyundakı ən müxtəlif təamlardan yalnız biri idi. Prezidentin 1981-ci ildə avtomobil qəzasında həlak olmuş qardaşı Satıbaldının oğlu Qayratın qızı Arujanın toyu yanvarın 14-də Şimkənt şəhərində keçirilib.

Ölkə mətbuatı bu toy və bəy-gəlin haqqında heç bir məlumat verməyib. Halbuki Satıbaldının oğlu, yəni qız atası zəngin biznesmendir və Qazaxıstan xüsusi xidmətinin keçmiş rəis müavini və Astana şəhəri merinin keçmiş müavinidir.

Lakin bir neçə adam AzadlıqRadiosuna bildirib ki, bu toyda Satıbaldının qız nəvəsi ölkənin enerji sənayesində görkəmli fiqurlardan biri olan Serikjan Seyitjanovun oğul nəvəsi ilə evlənib.

“Halal pul belə xərclənməz”

Xəbər verilir ki, bu toyda Qazaxıstanın tanınmış siyasətçiləri və ulduzları, ərəb ölkələrindən olan VIP qonaqlar iştirak ediblər.

İnternetdə yayılmış videoda bəy və gəlinin karetada gəlməsi görünür.

Bəzi xəbərlərə görə sözü gedən tort elə həqiqətən də ev qiymətinə - 100 min dollara başa gəlib.

Amma Qazaxıstanın sosial media istifadəçiləri bu toyla bağlı çox da ürəkaçan sözlər yazmayıblar. Erbulan Qazaq adlı bir istifadəçi yazıb ki, “halal pul belə xərclənməz”.

Qazaxıstan parlamentinin spiker müavini Vladimir Bojko bu tənqidlərə cavab olaraq Today.kz saytına müsahibəsində adamları tortun bahalığından narahat olmamağa çağırıb və deyib ki, onun pulunu gəlinin babası Seyitjanov ödəyib.

Bojko deyib ki, o bu pulu özü qazanıb və bu toya da özü xərcləyib: “Gücü çatırsa niyə də xərcləməsin. Məgər bu cinayətdir?”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG