Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:07

Əfqanıstandakı hərbçilərin bir qrupu qayıdıb


Azərbaycan sülhməramlıları

Əfqanıstandakı Azərbaycan hərbçilərinin bir qrupu Azərbaycana qayıdıb.

Bu barədə xəbəri Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası isə 2015-ci ilin yanvarından həyata keçirilir.

Azərbaycanın 2018-ci ilə kimi Əfqanıstandakı hərbçilərinin sayı 94 nəfər olub. 2018-ci ildən bu say 120 nəfərə qədər yüksəldilib.

Əfqanıstanda Azərbaycan hərbçilərinin sayının artacağı barədə dövlət başçısı İlham Əliyev hələ 2017-ci il noyabrın 23-də Brüsseldə NATO-nun toplantısında bəyanat vermişdi. Bununla bağlı Milli Məclis 2017-ci il dekabrın 29-da mövcud qərarda da dəyişiklik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG