Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 07:00

Cənubi Koreyada xəstəxana yanıb, azı 41 nəfər həlak olub


Hadisə yeri

Cümə günü səhər Cənubi Koreyada bir xəstəxanada yanğın baş verib, azı 41 nəfər həlak olub, 100-dən çox adam yaralanıb. Bu, son illərin ən ölümcül yanğınlarından sayılır.

Ölənlər içində xəstəxananın üç əməkdaşı və respirator xəstəliklərdən reanimasiya şöbəsində yatanlar var.

Yanğın xəstəxananın birinci mərtəbəsində başladığından yanğınsöndürənlər ikinci mərtəbəyə pəncərədən girməli olublar.

Yaralılardan 10-nun durumu ağırdır. Yerli səhiyyə rəsmisi Cheon Jae-kyung-un sözlərinə görə, ölü sayı arta bilər.

Yanğınsöndürmə xidməti xəsarət almış 131 nəfərdən 18-nin ağır durumda olduğunu bildirib.

Ölənlərin çoxu boğulmadan dünyasını dəyişib, yalnız biri yanaraq ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG