Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 01:09

Keçmiş bankların avtomobilləri, bankomatları, mənzillərı, bağ evləri, torpaq sahələri... hərracda


Bağlanmış "Zaminbank"

Ləğv prosesində olan bankların 40 əmlakının ilk dəfə hərraca çıxarıldığı bildirilir.

Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, həmin əmlaklar Xammal və Əmtəə Birjası vasitəsilə satılacaq.

“39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır. 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır”, - məlumatda yazılır.

Satışa çıxarılacaq əmlaklar "Bank Standard"a, "Royalbank"a, "Zaminbank"a, "Qafqaz İnkişaf Bankı"na və “Texnikabank”a məxsusdur.

Buna da bax: 9 müflis banka qiymətləndirici axtarılır

Hərraca "Mitsubishi", "Toyota", “VAZ”, "Lexus LX-570", "Mercedes Benz”, "Jeep Grand Cherokee", "Ford" markalı avtomobillər, bankomatlar, mənzillər, qeyri-yaşayış sahələri, bağ evləri, torpaq sahələri çıxarılacaq.

Açıq formada təşkil ediləcək hərraclar fevralın 12-də, 19-da və 26-da baş tutacaq.

2015-ci ildə manatın 2 devalvasiyasından (manat dollar nisbətən 2 dəfə dəyər itirdi) sonra Azərbaycanda 13 bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Buna da bax: Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

Həmin banklarda qorunan əmanətlər qaytarılsa da, qorunmayan əmanətlər verilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG