Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:21

Müxalifət saytına giriş məhdudlaşdırılıb


Natallya Radzina

Belarus hökuməti Charter 97 müxalifət saytına girişi qismən məhdudlaşdırıb, portalı “yayılmasını qanunla qadağan olunan informasiyanın” dərcində suçlayıb.

Yanvarın 25-də yaydığı bəyanatda İnformasiya Nazirliyi söhbətin hansı informasiyadan getdiyini açıqlamasa da, bütün media orqanlarını “media qanunlarına ciddi əməl etməyə” çağırıb.

“Charter 97”nin baş redaktoru Natallya Radzina AzadlıqRadiosuna deyib ki, bu addım siyasi motivlidir.

“Açıq-aşkar Belarusda ifadə azadlığının məhvinin son mərhələsi gedir, ölkənin ən məşhur müstəqil, müxalifət saytına hücum olunur”, – Radzina deyib.

2011-ci ildən Litvada siyasi sığınacaq almış Radzina deyib ki, saytın əməkdaşları ona girişin bərpasından ötrü mümkün olanı edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG