Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 19:49

19 prokurorluq əməkdaşı məsuliyyətə cəlb edilib


Baş prokurorluq

2017-ci ildə Bakıda 2016-cı illə müqayisədə cinayətkarlıq və hüquq pozuntuları 182 fakt artıb. Nəticədə bu say 12 min 122 hadisəyə çatıb. Onların açılma faizi 4,1 artaraq 80 faizə yüksəlib.

Bunu, 24-də Bakı şəhər prokurorluğunda 2017-ci ilin yekunları ilə bağlı toplantıda bu qurumun rəhbəri İlqar Abbasov deyib.

Bakı şəhər prokurorunun bildirdiyinə görə, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 3,4 faiz azalaraq 1890-a düşüb. Qəsdən adam öldürmə cinayətlərinin də azalaraq ( 3 fakt) 59-a düşdüyü, 1-i istisna olmaqla, həmin hadisələrin üstünün açıldığı qeyd edilib.

İ.Abbasovun deməsinə görə, ötən il prokurorluğun istintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə 2 milyon 437 min manat maddi ziyan vurulub. Həmin ziyanın 443 min manatı istintaq zamanı ödətdirilib.

Prokurorluq işçilərinin intizamına gəlincə, O, bildirib ki, tələbkarlıq artırılıb. 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib. Onlardan 5 nəfər vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG