Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:21

3 min 424 uşaq problem və zorakılıqla üzləşib


Uşaq zorakılığı

«2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib».

Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazırladığı hesabatda belə yazılır.

Təşkilatın hesabatına görə, 2017-ci ildə Qaynar Xətt Xidmətinə ümumilikdə 3424 müraciət daxil olub. Bu müraciətlərdən 1824-ü şəhərdaxili, 2204-ü mobil telefon, 15-i isə mobil SMS-lə qeydə alınıb.

«Qaynar xətt»ə Bakıdan başqa Azərbaycanın bölgələrindən, eyni zamanda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Rusiya, Cənubi Koreya, Avstriya, Şimali Kipr və Qazaxıstandan da müraciətlər daxil olub.

«Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır», - hesabatda qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG