Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:09

Qazaxıstanın neft pullarına həbs qaldırılıb


Nursultan Nazarbayev

Qazaxıstan hakimiyyəti bildirir ki, Niderland məhkəməsi 22 milyard dollarlıq neft sərvətinin dondurulması barədə qərarı ləğv edib.

Ədliyyə Nazirliyi yanvarın 24-də yaydığı bəyanatda qeyd edir ki, digər vəsaitlərin dondurulmasıyla bağlı Belçikada çıxarılmış məhkəmə qərarının da ləğvinə çalışır.

Neft fondunun Bank of New York Mellon-dakı vəsaiti oktyabrda moldovalı biznesmen Anatolie Stati-nin qaldırdığı məhkəmə iddiası əsasında dondurulmuşdu.

Stati, oğlu Gabriel və ailənin idarə etdiyi iki şirkət illərdir Qazaxıstan prezidenti Nursultan Nazarbaev-ə qarşı hüquqi çəkişmə aparır.

Qazaxıstanın neft-qaz sənayesinə sərmayə qoymuş Statilər dövlət tərəfindən qısnamaya məruz qaldıqlarını, qoyduqları sərmayəni ucuz satmağa məcbur edildiklərini bildirirlər.

Qazaxıstan iddiaları rədd edərək, ABŞ məhkəməsində əks iddialar qaldırıb.

XS
SM
MD
LG