Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:13

Həmməruzəçi Gözəl Bayramlının həbsindən narahatdır


Stefan Schennach
Stefan Schennach

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach AXCP sədrinin müavini Gözəl Bayramlının 3 illik həbsə məhkum edilməsinə münasibət bildirib.

Həmməruzəçi olaraq soruşa bilərəmmi ki, nəyə görə? Onun məhkəməsindən narahatam, həbsi yanlış idi, hüququn aliliyinə əməl olunmayıb”, – həmməruzəçi Twitter-də yazıb.

Bir neçə gün öncə həmməruzəçi jurnalist Əfqan Muxtarlının da həbsindən narahatlığını dilə gətirmişdi. Stefan Schennach yazırdı ki, həmkarlarıyla Azərbaycanda və Gürcüstanda məsələni araşdırıblar. O, Əfqanın Gürcüstandan necə “götürülməsi”ndən narahat olduğunu bildirib, “o, həbsdə olmamalıdır” deyə yazıb.

AXCP sədrinin olan müavini Gözəl Bayramlı yanvarın 23-də qaçaqmalçılıqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Jurnalist Əfqan Muxtarlı isə qaçaqmalçılıq da daxil olmaqla bir neçə ittihamla 6 il azadlıqdan məhrum olunub. Hər ikisi ittihamları siyasi motivli sayır.

Maja Kocijancic
Maja Kocijancic

Avropa Birliyinin Xarici siyasət idarəsi rəhbərinin sözçüsü Maja Kocijancic də bildirib ki, Gözəl Bayramlı haqqında bu qərar Azərbaycanda insanların öz fundamental hüquqlarından faydalana bilmələrini sual altına salır: "Avropa Birliyi bu məsələni artıq bir neçə dəfə Azərbaycan rəsmiləri ilə müzakirələrdə qaldırıb. Biz Azərbaycanda fundamental azadlıqların istifadəsi ilə bağlı olan bu cür həbslər və məhkəmələrə beynəlxalq öhdəliklərə uyğun şəkildə təcili şəkildə yenidən baxılmasını gözləyirik."

XS
SM
MD
LG