Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:01

Yanvarın 25-də Bakı və Abşeron yarımadasında duman, çiskin olacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Yanvarın 25-də Azərbaycanın rayonlarında isə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edir ki, yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcəyi, dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG