Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 22:29

Prezidentin köməkçisi hərbi hissələrdə


Fuad Ələsgərov

Prezident İlham Əliyevin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovla müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bu barədə bu gün, yanvarın 24-də Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, səfər zamanı qoşunların vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanıb.

Habelə, hərbi qulluqçularla söhbətlər aparılıb və birgə nahar təşkil edilib.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə mövqe tutublar. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG