Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 11:52

11 aylıq körpənin bədənində 16 iynə tapılıb


Arxiv fotosu

Özbəkistanın Fərqanə vilayətində 11 aylıq oğlan uşağının bədənində 16 tikiş iynəsinin aşkarlandığı bildirilir. Ölkə mediası hüquq-mühafizə orqanlarının hazırda bu məsələni araşdırdığını xəbərləyir.

Media yanvarın 22-də Səhiyyə Nazirliyi rəsmilərinə istinadla yazıb ki, doqquz saat çəkən əməliyyat zamanı həkimlər uşağın bədəninin müxtəlif yerlərindən 13 iynə çıxarıblar. İynələr onun yoğun bağırsağından, sidik kisəsindən, sinəsindən, boğazından, böyrəyindən və ürək nahiyəsindən çıxarılıb.

Uşağın vəziyyətinin ağır olduğu, bədənində qalan 3 iynənin çıxarılmasından ötrü yenə əməliyyat aparılacağı qeyd edilir.

Rəsmilər iynələrin körpənin bədənində azı bir ay qaldığını deyirlər.

Onu xəstəxanaya anası aparıb, iynələrin oğlunun bədəninə necə girdiyini anlamadığını söyləyib. Məlumata görə, körpənin atası hazırda Rusiyada fəhləlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG