Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:20

ABŞ vətəndaşı Rusiyada 11 illik həbsə məhkum edilib


Janna Bullock

Rusiyada məhkəmə Sovet İttifaqında doğulmuş, Nyu Yorkda daşınmaz əmlakla məşğul olan Janna Bullock-u irimiqyaslı fırıldaq və çirklik pulyumada təqsirli bilərək 11 illik qiyabi həbsə məhkum edib.

Moskvanın Basmannı rayon məhkəməsi hökmü yanvarın 23-də çıxarıb. Vaşinqton Bullock-un ekstradisiyasından imtina edəndən sonra Rusiyada məhkəmə başlanıb.

ABŞ vətəndaşı olan Bullock Moskva vilayətində büdcədən milyardlarla rubl oğurlamaqda təqsirli bilinib.

Bullock dəfələrlə deyib ki, özü və keçmiş həyat yoldaşı Aleksei Kuznetsov Rusiyada korrupsiyanın qurbanlarıdır. O, keçmiş biznes tərəfdaşlarını məmurlarla əlbir olaraq 2 milyard dollarlıq biznes imperiyasından vəsait oğurlamaqda suçlayır.

Rusiya isə bildirir ki, cütlük Kuznetsov-un Moskva vilayətindəki hökumət vəzifəsindən yararlanaraq maliyyə maxinasiyaları aparıb, bu isə büdcədən 11 milyard rublun itməsiylə sonuclanıb. Bu məbləğ indiki ekvivalentlə 195 milyon dollara bərabərdir, cinayətin törədildiyi iddia olunan 2005-2008-ci illərdə isə 400 milyon dollar idi.

ABŞ və Rusiya arasında ekstradisiya sazişi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG