Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:25

'Azərişıq' borca görə AMEA-nın işığını kəsib


Milli Elmlər Akademiyası

Bu gün, yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişinin dayandırıldığı bildirilir.

APA-nın məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə (ASC) 22 min 965 manat borcunun olması göstərilir.

«Azərişıq» ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilişi bərpa edilib.

Xatırlatma

Bu gün, yanvarın 23-ü AMEA-nın yaranma günü kimi qeyd olunur. 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (DETİ) əsasında SSRİ Elmlər Akademiyası (EA) Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyası adını alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG