Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 03:58

İlahiyyatçının kasasiya şikayətinə baxılacaq


Sərdar Babayev

Həbsdəki ilahiyyatçı Sərdar Babayevin yenidən məhkəməsi başlayır. Ali Məhkəmə onun kasasiya şikayətini icraata qəbul edib.

Bu haqda ilahiyyatçının vəkili Cavad Cavadov bildirib. Vəkilin deməsinə görə, kasasiya şikayətinə yanvarın 30-da saat 11-də hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Müdafiəçiləri kasasiya şikayətində Ali Məhkəmədən xahiş ediblər ki, ilahiyyatçı barəsində bəraət hökmü çıxarsın.

17 saylı Cəzaçəkmə Müəssisəsində S.Babayevlə görüşən vəkil onun durumunun normal olduğunu ifadə edib.

«Görüşümüz zamanı Sərdar Babayevlə məhkəmədə edəcəyi çıxışın detallarını müzakirə etdik. Babayev məhkəmədə iştirak etmək üçün təkrarən müraciət edib. Ümid edirik ki, Ali Məhkəmə ilahiyyatçının həbsdən azad edilməsi barədə qərar qəbul edəcək», - vəkil qeyd edib.

Xatırlatma

S.Babayev ötən il fevralın 22-də saxlanmışdı. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham edilib. İyulun 3-də isə Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il azadlıqdan məhrum edən hökm çıxarıb.

Həmin hökmdən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsi də baxıb. Məhkəmə ilahiyyatçı barədə hökmü dəyişməyib.

İstintaq prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. Müdafiə tərəfi isə bildirib ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, müdafiə tərəfinin qeyd etməsinə görə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddənin ötən ilin mayında yumşaldıldığı bildirilir.

Müdafiə tərəfi həmçinin vurğulayıb ki, artıq xaricdə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosuna dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG